Qartal Dağçılıq İdman Klubu
Bazardüzünə Yürüş
Dag və insanlar ucun zaman muxtəlif cur kecir, insan yuzilliyi -bu dash nəhəngləri ücün sadəce saniyədir. Insanlar gəlir ve gedirlər, bir nəsil başqa nəsli əvəz edir, bəşər tarixi sərin meh kimi qaya üzərindən kecərək hec bir iz qoymur...daşlar sadəcə ani olaraq belə elin istisini saxlamir, dag əks-sədasi ilə ani olaraq canli səsi yayir və yeniden sukut cökür... Daglar insanlardan əvvəl də var idi, sonra da olacaq.
Bazardüzü zirvəsi – Azərbaycanın ən hündür nöqtəsidir. Hündürlüyü 4466 metrdir. Zirvə Böyük Qafqaz dağlarının şərqində, Baş Qafqaz silsiləsində, Rusiya – Qusar – Qəbələ sərhəddində yerləşir. İlk dəfə zirvəyə A.Aleksandrov 1847-ci ildə qalxmışdır. Təxminən 410 şm.e., 470 ş.u.-da yerləşir. Zirvə daimi buzlaq sahəsidir.
Qızılqaya
Qədimdən ətrafında mürəkkəb düşüncələrdən naxışlar hörülməyə başlamış bu qəribə və həyacanlı zirvənin adı Qızılqayadır. Quba ərazisində Xınalıq kəndi üzərində sanki asılı qalmış bu qayalıq massıvi ta qədim zamanlardan öz sərt əzəməti ilə insanların qəlbini qürur və cəsarət hissi ilə doldurur.
Sanki sirli bir tapmacadır, bəlkə də yox, vacib deyil. Əsas odur ki, təsadüfən dağ yamaclarını kəsərək döngələrlə Xınalıga gedən yola çıxmış adi bir səyyah, hətta bu dağlara yad olan insan da qəribə bir həyacan, gərginlik hiss edir. Bu həyacanın səbəbini bilmək heç də çətin deyil – məgrur və əzəmətli zirvələri, zəhmli şux forması ilə kəndin ən ucqar küncündə yerləşən, birləşmiş olduğu Xınalıq kəndinin qədim sakinlərinə min illərdir əlçatmaz qürurundan nümunə göstərən...
Qızılqaya Azərbaycana xas xüsusi qayalıq massividir. Daglar- layiqli şəxsi sınağın qarşısında hər birimizdə dərin hörmət və zəhm hissləri coşdurur. Bu qayalığın timsalına insanı cəsarətə səsləyən çağrış hopmuşdur. Əlçatmaz və əzəmətli Qızılqaya hər zaman ibrətverici, ən cəsarətli addımlara həvəsləndirir, məişət həyatına uyğun olmayan hünər verir. Qızılqaya zirvəsinin fəthi – heç bir şəxsi maraq güdmədən saf, bəzilərinə görə mənasız əziyyət, əslində isə boyuk dəyərlə əldə olunan qələbədir. Biz nə pul, nə də mükafat xatirinə Qızılqayaya yürüş etmirik. Onda nə təsərrüfat, nə də ovçuluq marağı yoxdur.
Unikal və təəccüblü faktdır ki, Azərbaycan kimi məgrur və əzəmətli ölkələrin təbiəti sanki onları xarakterizə edirmiş kimi əlçatmaz, məgrur daglarla əhatə olunur.
Azərbaycan Yığması Zirvələrdə
Azərbaycan Yığması Komunizm Zirvəsində
Подписаться на:
Комментарии (Atom)
