Xəbərlər

Kazbek növbəti dəfə fəth edildi
15.08.2013
Israfil Aşurlı telefonla məlumat verib:

Bakı vaxtı ilə saat 13:55-də aydın, lakin çox küləkli hava şəraitində azərbaycanlı alpinistlər tam heyətlə Kazbek dağının zirvəsini fəth etdilər. Meteoroloji stansiyadan zirvəyə yürüş 6 saat 30 dəqiqə tutmuşdur. Alpinistlərimiz özlərini əla hiss edirlər. Hamıya salamlarını göndərir və enişə başlayırlar. İdmançılarımıza uğurlar arzulayırıq!


AAF mətbuat xidməti


www.qartal.info


                        






Alpinistlərimiz yeni ekspedisiyada: daha bir zirvə fəth edilir
13.08.2013
Azərbaycan dağçılarının təlim-məşq toplantılarını davam edir. Növbəti yürüş Kazbek zirvəsinədir.
Azərbaycan Alpinizm Federasiyasının (AAF) mətbuat xidmətindən verilən məlumata görə, AAF-ın “Nikoil bank”, Dağçılıq İdman Klubu və “Qartal” klubunun uzlərindən ibarət qrup Kazbek zirvəsinə yola düşüb. Qrupa AAF prezidenti İsrafil Aşurlı rəhbərlik edir.
Kazbek zirvəsi Qafqazı iki hissəyə (Şərqi və Mərkəzi Qafqaz) bölür. Hündürlüyü 5033 metrdir.
Məlumat üçün deyək ki, AAF-ın “İrbis” klubunun üzvləri bir neçə gün öncə - avqustun 10-da Kazbek zirvəsinə muvəffəqiyyətlə qalxıblar.

Məlumat AAF saytından götürlmüşdü.





Bugün 9 may Qələbə günü azərbaycanlı alpinist İsrafil Aşurlı növbəti dəfə Avropanın ən hündür dağının - Elbrusun hər iki zirvəsini fəth edib. Bu dırmanmanı o igidcəsinə döyüş meydanlarda döyüşən Azərbaycanın gəhrəmanlarına həsr edib. Allah ölənlərə rəhmət eləsin! Veteranlarımıza can sağlığı arzu edirik...


























9.05.2013



Azərbaycan Alpinistləri gümüş medala layiq görüldülər
11.03.2013
Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə, martın 8-dən 10-dək 2013-cü il mövsümünün final yarışlarında dünyanın ən güclü buzadırmaşanları iştirak ediblər.
Qeyd edək ki, bu il yarışmalar silsiləsi dörd mərhələdən və Çeongsongda (Koreya), Saas Fee (İsveçrə), Rabenştayn (İtaliya), Buşteni (Rumıniya) və Kirovda (Rusiya) keçirilən Dünya Kubokundan ibarət olub. Koreyada kubok yarışlarından əlavə olaraq çətinlik növündə Dünya çempionatı da olmuşdu, Rusiyada isə sürət növündə keçirilib.
2013-cü il final mövsümünün yarışlarında iştirak etmək üçün Rusiyanın Kirov vilayətinə 18 ölkədən 79 atlet gəlib.
Azərbaycan yarışda iki yığma komandayla təmsil olunub: Azərbaycan Alpinizm Federasiyası və Hava-Ekstremal idman növləri Federasiyaları.
İdmançılarımızın fərdi olaraq medal qazana bilməməsinə baxmayaraq, yığmamız Dünya Çempionatı 2013-də sürət yarışlarında ümum komanda hesabında ikinci yeri tutdu
AAF yığmasının üzvləri: Qalib Şıxrəhimov, Leyla Əliyeva, Elvira Maqomedrəsulova və FAIREX yığmasının üzvü Ramay Rəhimxanov ixtisas və yarımfinal yarışlarında öz çıxışlarıyla gümüş medalı qazana bildilər.

Yarışların Qalibləri:

Kişilər (çətinlik)
Tomilov Maksim (Rusiya);
Park Xi Yong (Koreya);
Nikolay Kuzovlev (Rusiya)

Qadınlar (çətinlik)
Şin Vun Seon (Koreya);
Mariya Tolokonina (Rusiya);
Lyusi Xrozova (Çexiya)

Kişilər (sürət)
Yegor Trapeznikov (Rusiya);
Radomir Proşenko;
İvan Spitsin.

Qadınlar (sürət)
Oleynikova Yuliya;
Feoktistova Yekaterina;
Tolokonina Mariya.

Komanda hesabı:
Rusiya;
Azərbaycan;
Ukrayna.

Qeyd edək ki, UIAA-nın qərarı ilə 2013-cü ildən komanda hesabları rəsmən keçirilir.

Kirov yarışlarından başqa hazırkı mövsümün nəticələrinə görə, Azərbaycan Alpinizm Federasiyasının yığması, İsveçrədə gənclər arasındaki keçirilən Dünya çempionatında komanda hesabında 4-cü yeri və Koreyada Dünya çempionatının çətinlik növündə komanda hesabında 13 yeri qazanıb.




Kirovda Keçirilən Buzadırmanma Üzrə 2013-cü Dünya Çempionatı.
10.03.2013
Azərbaycan yığması, ümum komanda hesabında Gümüş medalı əldə etdi!
Qalib Şıxrəhimov (AAF), Leyla Əliyeva (AAF), Ramay Rəhimxanov (FAİREKS) və həmçinin Elvira Maqomedrəsulova (AAF) komandanın hərəkətedici qüvvəsi idilər və Azərbaycana sürət növündə ikinci yeri təmin etdilər.
İdmançılarımızı yüksək nəaliyətlə təbrik edirik!


Elbrus. Hər iki zirvə fəth edildi!
01.03.2013
Saat 13:15-də Rüfət Qocayev xəbər verdi ki, o və iki ukrayna alpinistləri ardıcıl olaraq müvəffəqiyyətlə Elbrusun hər iki zirvəsinə qalxdılar.
Səhər 8:30-da alpinistlər Elbrusun qərb zirvəsinə qalxdılar (5642m). 5300 metr hündürlüyündəki dağ çökəyinə enəndən sonra, Rüfət və yoldaşları şərq zirvəsinə qalxmağa başladılar. Alpinistlər saat 11:00-da, 5621 metrdəki qərb zirvəsinə çatdılar. Qalan iştirakçılar isə yalnız qərb zirvəsinin iki-başlı dağına qalxmaqla kifayətləndilər.
Hal-hazırda alpinistlər dağdan enişi yerinə yetirirlər.


          




Alpinistlərimiz Avropanın ən yüksək zirvəsində təlimlərə başladılar

21.02.2013
Bugünlərdə Avropanın ən yüksək nöqtəsi olan Elbrus zirvəsində beynəlxalq təlim-məşq toplantılarına start verilib.


Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə, Azərbaycan, Belarusiya, Rusiya və Ukrayna komandaları 14 gün ərzində birgə təlim məşqləri keçəcəklər.



Təlim-məşq toplantısında qış qalxma məşqləri həyata keçiriləcək. Həmçinin qış marşrutunun ən mürəkkəb və təhlükəli sahələri təkmilləşdiriləcək. Münasib hava şəraiti olarsa, o zaman zirvəyə qalxmağa cəhd ediləcək.



Beynəlxalq idman toplantısında Azərbaycanı Dmitriy Şiyanov və Rüfət Qocayev təmsil edirlər. Dmitriy Şiyanov Dağ İdman Klubunun məşqçisi, Rüfət Qocayev isə Qartal klubunun rəhbəri və məşqçisidir.



Təlim-məşq toplantısı ukraynalı yüksəklik alpinizminin ulduzu 21 yaşlı Mariya Xitrikovanın xatirəsinə həsr olunub. Qeyd edək ki, M.Xitrikova bir il öncə bu marşrutda faciəvi şəkildə həlak olub.