Qızılqayaya yürüş uğurla başa catdı. Bakıdan başlanan yürüş Böyük Qafqaz dağ silsiləsinin Qızılqaya massivinin ətəklərindən 2500 metr dəniz
səviyyəsindən hündürlüydə yerləşən baza düşərgəsindən başladı. Səhər 11:30-da başlayan yürüş 16:30-da başa catdı. Ekspedisiya üzvləri bölgədə müşahidə olunan güclü külək və boranlı, şaxtalı ekstremal hava şəraitinə dözüm göstərərək dəniz səviyyəsindən 3752 metr hündürlükdə yerləşən zirvəyə qalxmağa müvəffəq olublar.
